Cəmiyyət

Metronun “20 Yanvar” stansiyasında tüstülənmə olub

Sharing is caring!


Metronun “20 Yanvar” stansiyasının havalandırma şaxtasının köşkü yaxınlığındakı obyektlərdən birində baş vermiş yanğın səbəbi ilə stansiyaya tüstü daxil olması müəyyən edilib.

“Bakı Metropoliteni”ndən verilən məlumata görə, şaxtadakı güclü ventilyatorların iş rejimi operativ şəkildə dəyişdirilərək, tüstü və qoxunun təsiri ən qısa zamanda aradan qaldırılıb.

Ümumiyyətlə, son illərdə ventilyatorların iş rejiminin mərkəzləşdirilmiş qaydada təşkil edilməsi ilə bağlı tətbiq edilmiş texnoloji yeniləşmə və idarəetmə sistemlərinin müasir tələblər səviyyəsində qurulması sayəsində ventilyatorların iş rejimi operativ şəkildə dəyişdirilir, həmçinin, ventilyatorların bir rejimdən digərinə keçidi mümkün qədər qısa müddətdə baş verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir