İdman

“Turan Tovuz” “Kəpəz”lə oyunda baş verənlərə görə cərimələnib

Sharing is caring!


AFFA İntizam Komitəsi “Turan Tovuz” klubunu 3000 manat cərimələyib.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, buna Tovuz təmsilçisinin “Kəpəz”ə 1:2 hesabı ilə uduzduğu Premyer Liqanın XIX turunun oyununda yaşananlar səbəb olub.

Klub azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə 1500, futbolçusu Faiq Hacıyevin birbaşa qırmızı vərəqə alması ucbatından 1500 manat ödəyəcək. Hacıyevə bir oyun şərti olmaqla ikimatçlıq cəza da kəsilib.

İntizam Komitəsi “Səbail” və “Sumqayıt”a 700 manat cərimə yazıb. Paytaxt klubunun dörd oyunçusu “Zirə” (0:0) ilə matçda, “gənclik şəhəri” təmsilçisinin eyni sayda üzvü “Qəbələ” (1:0) ilə görüşdə sarı vərəqə ilə cəzalandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir