Cəmiyyət

Abşeronda fermada yanğın olub

Sharing is caring!


Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən fermada yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ferma ərazisində ümumi sahəsi 25 kvadratmetr olan evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 20 kvadratmetr olan vaqon tipli köməkçi tikilinin taxta üzlüyü, yaxınlıqda ümumi sahəsi 15 kvadratmetr olan köməkçi tikilinin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 20 kvadratmetr olan digər köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir