Dünya

Dünya Qadın Seriyası: “Neftçi”nin növbəti mərhələdəki rəqibləri bəlli olub

Sharing is caring!


19-20 iyul tarixlərində Fransanın Bordo şəhərində 14 komandanın iştirakı ilə 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq.

“Report” xəbər verir ki, Bordo mərhələsində iştirak edəcək təmsilçimiz “Neftçi” “C” qrupunda Fransa və Polşa milliləri ilə mübarizə aparacaq.

“Neftçi” klubu qrupda ilk oyununu 19 iyul Bakı vaxtı ilə saat 21:35-də Fransa seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir