Cəmiyyət

Azərbaycanda COVID-19 ilə bağlı statistik hesabat həftədə bir dəfə veriləcək

Sharing is caring!


Azərbaycanda COVID-19 ilə bağlı statistik hesabat həftədə bir dəfə veriləcək.

Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd edilib.

“Azərbaycan Respublikasında COVID-19 pandemiyası artıq 4-cü ildir davam edir. Beynəlxalq təcrübəni nəzərə alaraq, növbəti həftədən başlayaraq COVID-19 ilə bağlı statistik hesabat həftədə bir dəfə olmaqla, hər həftənin bazar ertəsi günü ötən həftə ilə bağlı məlumatların cəmi formasında veriləcəkdir.

Gələcəkdə ehtiyac yarandığı halda COVID-19 ilə bağlı statistik hesabat yenidən gündəlik rejimə keçiriləcəkdir”, – məlumatda vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir