Siyasət

Azərbaycanlı həkimlər “Laçın” SBM-də növbə çəkirlər – VİDEO

Sharing is caring!


“Laçın” sərhəd-buraxılış məntəqəsindən (SBM) yeni görüntülər yayılıb.

Kadrlarda Azərbaycan sərhədçilərinin dəqiq və düzgün işləməsi ilə yanaşı, azərbaycanlı həkimləri də görmək mümkündür.

Onlar sərhəddən keçənlərdən birinin xəstələnməsi və ya tibbi yardıma ehtiyac duyması halında ona lazımi köməyi göstərmək üçün daim “Laçın” SBM-də növbə çəkirlər.

Burada Xankəndi-Laçın yolunda ekoloji fəalların aksiyası zamanı erməni sərnişinlərdən birinin xəstələnməsi və Azərbaycanın təcili tibbi yardım maşını ilə Xankəndi xəstəxanasına aparılması yada düşür. Azərbaycan həkimləri həm o vaxt, həm də indi öz peşə borclarını qüsursuz yerinə yetirirlər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir