Cəmiyyət

Göyçayda ev yanıb: Xəsarət alan var

Sharing is caring!


Göyçay rayonunda ev yanıb.

APA xəbər verir ki, hadisə Göyçayda yerləşən iki mərtəbəli evdə qeydə alınıb.

Hadisə zamanı evlə yanaşı içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı ev sahibi Göyçay sakini 1949-cu il təvəllüdlü Oktay Mamed oğlu Mamedov yanıq xəsarətləri alıb. Hadisə yerinə Göyçay rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının işçiləri cəlb olunublar, vətəndaşa tibbi yardım göstərilib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir