Cəmiyyət

Üç dəqiqə ərzində iki dəfə qayda pozan “Prius” sürücüsü – VİDEO

Sharing is caring!


Abşeronda üç dəqiqə ərzində iki dəfə qayda pozan sürücü ətrafdakı avtomobillərə təhlükə törədib.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Axşam saatlarında çəkilən kadrlardan aydın olur ki, 01-CF-350 dövlət nömrə nişanlı, “Toyota Prius” markalı avtomobilin sürücüsü Masazır dairəsində bir neçə dəfə qayda pozuntusuna yol verib.

Belə ki, “Prius”un sürücüsü birzolaqlı yolda sağa dönən avtomobili sıxışdırır, təhlükəli vəziyyətə səbəb olur. Bir neçə dəqiqə sonra isə daha bir qayda pozuntusuna yol verərək, sağdan ötmə əməliyyatı həyata keçirir, dönən avtomobilin qarşısına çıxır.

Sözügedən görüntüləri təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir