Siyasət

IV Yay Düşərgəsinin iştirakçıları Qarabağ fatehləri və şəhid anaları ilə görüşüblər – FOTO

Sharing is caring!


Naxçıvanda keçirilən “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinin növbəti paneli çərçivəsində Qarabağ fatehləri (Vətən müharibəsinin Naxçıvandan olan iştirakçıları) və şəhid anaları ilə görüş olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, İnformasiya və Analitik Təhlil Şöbəsinin müdir müavini Cavid İsmayılın moderatorluğu ilə baş tutan panelin qonaqları şəhid leytenant Emin Sadiqovun anası Gülşad Rüstəmova, şəhid baş leytenant Raqib Hüseynovun anası Rəna Hüseynova, şəhid leytenant Vəli Quliyevin anası Həqiqət Quliyeva, Vətən müharibəsinin qaziləri – baş leytenant Əli Əlisoy, ehtiyatda olan kapitan Ceyhun Bayramov və ehtiyatda olan mayor Təbriz Zeynalov olublar.

Düşərgə iştirakçıları qonaqları ayaq üstə alqışlayıblar. Panel zamanı şəhid anaları övladları ilə bağlı xatirələrini bölüşüb, qazilər isə keçdikləri döyüş yolundan danışıblar. Düşərgə iştirakçıları yaşadıqları ölkələrdə alnıaçıq, üzüağ gəzə bildikləri üçün şəhid analarına və qazilərə ömür boyu minnətdar olacaqlarını bildiriblər.

Görüş zamanı dəfələrlə duyğusal anlar yaşanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir