Dünya

Ukrayna Təhlükəsizlik Xidməti məşhur rusiyalı aktyora qarşı ittihamlar irəli sürdü – FOTO

Sharing is caring!


Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı aktyor və rejissor, Oleq Tabakov adına Moskva Teatrının bədii rəhbəri Vladimir Maşkova qarşı bəzi ittihamlar irəli sürüb.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin “Telegram” hesabında məlumat verilib.

Bildirilib ki, Ukraynanı məhv etməyə çağıran rusiyalı aktyor Vladimir Maşkovla bağlı şübhəli hallar ortaya çıxıb. Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının silahlı təcavüzünə açıq şəkildə haqq qazandıran rusiyalı aktyorla bağlı sübutlar toplayıb.

Məlumata görə, Maşkov təcavüzkar ölkənin ali hərbi-siyasi rəhbərliyinin yaxın çevrəsində olan şəxslərdəndir. Tammiqyaslı işğal başladıqdan sonra o, Putinin iştirakı ilə keçirilən kütləvi tədbirlərdə dəfələrlə işğalçılara dəstəyini nümayiş etdirib.

Həmçinin Vladimir Maşkov özünün “Telegram” kanalında və 200 mindən çox izləyici auditoriyası olan şəxsi “İnstagram” səhifəsində mütəmadi olaraq rusiyalıların hərbi cinayətlərini qəhrəmanlıq kimi təqdim edib.

Mərkəzi Rusiya kanallarının efirində verdiyi çoxsaylı müsahibə və çıxışlarında o, Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini Rusiyaya “birləşdirilməsinə” dair çağırışlar edib.

Bundan başqa, Maşkov qeyri-qanuni olaraq müvəqqəti işğal edilmiş Krıma və Ukraynanın şərq rayonlarına yollanaraq Ukraynaya qarşı müharibəyə dəstək xarakterli təbliğat tədbirlərində iştirak edib.

Ukrayna Təhlükəsizlik Xidmətinin bu istiqamətdə apardığı ekspertizalar onun Kremlin xeyrinə fəaliyyəti ilə bağlı faktları təsdiqləyib.

Toplanmış sübutlara əsasən, Maşkov Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi üzrə şübhəli bilinib və Təhlükəsizlik Xidmətinin müstəntiqləri ona bu barədə məlumat veriblər.

Vladimir Maşkova qarşı Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd, Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünün inkarı, onun iştirakçılarının tərənnümü, Ukraynanın müvəqqəti işğal olunmuş ərazisinə daxil olmaq və onu tərk etmək qaydasının pozulması və s. maddələr üzrə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir