Cəmiyyət

Xüsusi nümayəndə Qarabağ iqtisadi rayonu üzrə sosial infrastruktur baxımından görüləcək işləri açıqlayıb

Sharing is caring!


“Sosial infrastruktur baxımından 2026-cı ilin sonunadək Qarabağ iqtisadi rayonu üzrə Ağdam və Füzuli şəhərlərində 8 yaşayış məhəlləsinin, Hadrut və Suqovuşan qəsəbələrinin və 32 kəndin tikilməsi planlaşdırılır. Artıq Talış kəndində 1-ci faza üzrə 20 fərdi yaşayış evi və 10 qeyri-yaşayış obyekti tamamlanaraq keçmiş məcburi köçkünlərə təhvil verilib”.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, bununla yanaşı, hazırda 4 məktəb layihəsi həyata keçirilir. Tərtər rayonunun Suqovuşan tam orta məktəbində bərpa işləri yekunlaşmış, Talış kənd tam orta məktəbi və uşaq bağçası isə artıq istifadəyə verilib. Ağdam şəhərində 2, Füzuli şəhərində isə 1 uşaq bağçası üzrə layihələndirmə işləri aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir