Cəmiyyət

Şamaxıda sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü ölüb

Sharing is caring!


Şamaxıda sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü vəfat edib.

DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, iyulun 12-də saat 22:30-da Şamaxı rayon sakini, 1969-cu il təvəllüdlü Kamal Rzayev sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Sürücünün iştirakı ilə avtomobil duracağa yerləşdirilib. Bu zaman sürücü özünü yaxşı hiss etmədiyi üçün Təcili Tibbi Yardım çağırılıb və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölüb.

Şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət müşahidə edilməyib.

Araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir