Cəmiyyət

Qubada ev yandı: Xəsarət alanlar var

Sharing is caring!


Quba rayonunun Dərk kəndində ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli üç otaqlı evdə yanğın olub.

Bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 40 kvadratmetr olan tövlənin yanar konstruksiyaları yanıb.

“Yanğın zamanı 4 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir