Siyasət

BMT-nin azərbaycanlı rəsmisinin Əfqanıstandakı fəaliyyət müddəti bitdi

Sharing is caring!


BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz Ələkbərovun fəaliyyət müddəti yekunlaşıb.

“Report” xəbər verir ki, bu barədə R.Ələkbərov özü açıqlama verib.

Diplomat üç illik fəaliyyət müddətindən sonra Əfqanıstanla qarışıq duyğularla vidalaşdığını deyib.

R.Ələkbərov 40 milyonluq əfqan xalqına gender bərabərliyinin təminatı, sosial və iqtisadi imkanların artırılması, ölkədə sabitlik və firavanlığın bərpasını arzulayıb.

R.Ələkbərov Əfqanıstandakı fəaliyyət müddətində uğurlu iş fəaliyyəti, de-fakto hakimiyyətlə əfqan qadınların və qızların hüquqlarının bərpası üçün mübarizəsi və bölgədə baş verənlərlə bağlı mütəmadi olaraq jurnalistləri məlumatlandırması ilə yadda qalıb.

Xatırladaq ki, BMT Baş Katibi Antonio Quterreş 21 dekabr 2020-də R.Ələkbərovu BMT-nin Əfqanıstandakı Yardım Missiyasında (UNAMA) Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini, eyni zamanda BMT-nin Rezident və Humanitar Əlaqələndiricisi təyin edib.

O, daha öncə BMT-nin Əhali Fondunun Ərəb Dövlətləri üzrə Regional Bürosunun regional direktorunun müavini (2014–2015) və Cənubi Sudandakı Ofisinin rəhbəri (2010) vəzifələrində çalışıb. R.Ələkbərov 2020-ci ilin fevral ayından iyul ayına qədər UNFPA-da İdarəetmə üzrə İcraçı Direktorun müavini və Baş Katibin köməkçisi vəzifələrində çalışıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir