Cəmiyyət

Yuxarı Şirvan kanalında yeniyetmə batıb

Sharing is caring!


Bu gün Yuxarı Şirvan kanalında batan şəxsin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, bu gün saat 16 radələrində Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Həmin şəxsin rayon sakini, 2006-cı il təvəllüdlü Kərimli Samir Mirzəmməd oğlu olduğu müəyyən edilib.

Polis və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub və hazırda axtarışlar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir