Cəmiyyət

Lənkəran və Zaqatalaya hərbi prokurorlar təyin olunublar

Sharing is caring!


Zaqatala hərbi prokuroru Əliməmmədov Elşən Əli oğlu tutduğu vəzifədən azad olunub.

Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, E.Əliməmmədov Lənkəran hərbi prokuroru təyin edilib.

Bundan başqa, Baş prokurorun digər müvafiq əmri ilə Hərbi Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Emin Quliyev tutduğu vəzifədən azad olunaraq Zaqatala hərbi prokuroru təyin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir