Cəmiyyət

Mərhum xor artisti Kubra Quliyevanın yaxın dostu: “Bir ildən çoxdur ki, beynində şiş var idi” – AÇIQLAMA

Sharing is caring!


“Təəssüf ki, çox yaşaya bilmədi”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mərhum xor artisti Kubra Quliyevanın yaxın dostu Ayan Tohidi deyib.

O qeyd edib ki, mərhum bir ildən çoxdur xəstəliklə mübarizə aparırdı:

“Kubra bizim teatrda xor artisti idi. Bir ildən çoxdur ki, beynində şiş var idi və bu, xəstəliklə mübarizə aparırdı. Dəfələrlə Türkiyədə əməliyyat olunmuşdu. Təəssüf ki, xəstəliyə tab gətirə bilmədi”.

Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının xor artisti Kubra Quliyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, onun üçün yardım kampaniyaları da təşkil edilmişdi.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir