Cəmiyyət

Gəncədə sosial xidmət müəssisəsində baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!


Gəncədə Sosial Xidmət Müəssisəsində baş verən yanğınla bağlı açıqlama verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, şəhərin Qurtuluş küçəsində yerləşən Sosial Xidmət Müəssisəsində baş verən yanğınla bağlı əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində üçmərtəbəli binanın üçüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın 3-cü mərtəbəsinin bir otağında 1 ədəd yataq dəsti və 1 ədəd plastikdən ibarət qapı yanıb. Yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. 

Bina yanğından mühafizə olunub.

21:53

Gəncədə yanğın baş verən 4 saylı Psixinevroloji Sosial Xidmət Müəssisəsində 100 sakin var.

Bunu APA-ya açıqlamasında müəssisənin direktor müavini Əlizamin İsgəndərov bildirib.

Onun sözlərinə görə, yanğın 3-cü mərtəbədə baş verib:

“Ümumilikdə müəssisəmizdə 100 sakin var. Yanğın baş verən mərtəbədə 73 sakinimiz olub. Xəsarət alan yoxdur, onları təxliyə etmişik. Hər şey öz qaydasındadır”.

19:04

Gəncə şəhərində qocalar evində yanğın olub.

“Report”un məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı xəsarət alanların olub-olmadığını barədə hələlik məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir