İdman

Emreli fərqləndiyi oyunda “Beşiktaş” ikincilik şansını əldən verdi – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Türkiyə Süper Liqasının sonuncu turunda “Beşiktaş” evində “Konyaspor”la heç-heçəyə razılaşıb.

Qarşılaşmada hesab 6-cı dəqiqədə açılıb. G.Fernandesin qolundan 35 dəqiqə sonra J.Muleka hesabı meydan sahiblərinin xeyrinə yenidən dəyişib. Qonaqlar ilk hissəyə əlavə edilmiş dəqiqələrdə vurulan toplardan birinin əvəzini çıxıblar. O.Ulgun fərqlənib.

İkinci hissədə həmyerlimiz Mahir Emreli hesaba tarazılıq gətirib (47-ci dəqiqə), bundan 4 dəqiqə sonra bu dəfə qonaqlar A.Pozuelonun qoluyla önə keçiblər. Qarşılaşmada yekunu T.Bingöl 62-ci dəqiqədə vurub. 3:3 hesablı qələbə ilə “Beşiktaş” sonuncu turda ikincilik şansını əldən verib.

Mahir Emrelinin komandası çempionatı 8-ci pillədə başa vurub.

22:22

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə “Konyaspor”unda növbəti qolunu vurub.

25 yaşlı forvard Süper Liqanın sonuncu – XXXVIII turunda səfərdə “Beşiktaş”ın qapısına yol tapıb.

İkinci hissədə meydana daxil olan forvard meydana çıxdıqdan cəmi 2 dəqiqə sonra fərqlənərək hesabı bərabərləşdirib – 2:2.

Qeyd edək ki, hazırda görüşdə hesab qonaqların xeyrinədir – 3:2.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir