Cəmiyyət

Üzərinə qaynar su tökülən altı yaşlı Ayxanın anası: “Yeməyə belə pul tapmırıq, uşaq aclıqdan ağlayır” – FOTO

Sharing is caring!


6 yaşlı Ayxan Məmmədov  ötən ilin dekabr ayında ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun anası Lalə Məmmədova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, oğlunun üzərinə qaynar su ilə dolu çaydan aşıb:

“Hadisə baş verdikdən sonra Ayxan yardımsevər insanların dəstəyi ilə iki dəfə (biri omba, biri ayaq nahiyəsindən olmaqla) dəriköçürmə əməliyyatı olunub. Biz xəstəxanadan evə qayıtdıqdan sonra imkanımız olmadığı üçün Ayxanın müalicəsini davam etdirə bilmədik. Yoldaşım zibillərin toplanması ilə məşğul olurdu və 350 manat pul alırdı. Vərəm xəstəliyinə tutulduğu üçün işdən ayrıldı. İndi heç bir gəlir yerimiz yoxdur. Ayxanın qollarında yaralar açılıb, həmin yerlərdən çirk axır. Ayxan yaralarına görə çox əziyyət çəkir, bütün günü ağlayır. Biz yenidən həkimin qəbuluna getməliyik ki, həkim həmin çirk gələn hissəni təmizləsin, müalicə yazsın. Bunun üçün isə bizim 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə kömək olmalarını xahiş edirəm. Bircə balamın canına and olsun ki, yeməyə belə pul tapmırıq, uşaq aclıqdan ağlayır”.

Əlaqə nömrəsi: (055) 267-08-71

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir