Cəmiyyət

Kürdəmirdə 45 yaşlı kişi bıçaqlandı

Sharing is caring!


Kürdəmir rayonunun Qismət Qayıbov küçəsində bıçaqlanma hadisəsi baş verib.

“Report”un xəbərinə görə, 1978-ci il təvəllüdlü Ramil Sayad oğlu Cəbrayılov bıçaq xəsarəti alıb.

Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisəni törətməkdə rayon sakini, 45 yaşlı İlqar Ənvər oğlu Səlimov şübhəli bilinir. O, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir