Cəmiyyət

Balaca İnci təcili əməliyyat olunmalıdır: “Qızımın görmə qabiliyyətini itirə biləcəyi fikri məni öldürür”-FOTO

Sharing is caring!


Ciddi görmə problemləri olan dörd yaşlı İncinin mərhəmətli insanların köməyinə ehtiyacı var. Uşaq təcili olaraq Türkiyədə əməliyyat olunmalıdır, ancaq ailənin bunu etməyə imkanı yoxdur.

Bu barədə İncinin anası Ayşən Novruzova Media.Az-a müraciətində bildirib.

Qadının sözlərinə görə qızı yalnız bir gözü ilə, o da cəmi 20% görür.  

“Qızım doğulandan pis görməyə başlayıb. Bu barədə xəstəxanada bizə məlumat verdilər. Həkimlər xəbərdarlıq etdilər ki, qızımızı beş yaşına çatmamış əməliyyat etməsək, görmə qabiliyyətini tamamilə itirəcək… Əməliyyat bizə 12 min manata başa gələcək. Biz öz gücümüzlə 2000 yığmışıq, daha 10 mini qalıb, bundan sonra nə edəcəyimizi bilmirik…”, – deyə A.Novruzova əlavə edib.

Qadın uşağa baxdığı üçün işləmir, əri isə satıcıdır. Onların 5 nəfərlik ailəsi aylıq 550 manat olan kirayədə yaşayır.

“Kirayə haqqını ödəməkdə çətinlik çəkirik. Bizimlə yaşayan qayınanam maddi yardım edir. Amma onun da səhhətində problemlər var, yoldaşımla mən ona baxırıq. İnci eynəkdən başqa 500 manatlıq linza taxır. Qızım daim gözlərini ovuşdurur, ona görə də linza düşür və itir. Yenisini almaq üçün borca ​​girməli oluruq. Axı linzasız onun görməyi tamam itir və uşaq çox ağlamağa başlayır”, – deyə Ayşən xanım bildirib.

O, həmyerlilərindən əməliyyat üçün lazım olan məbləğin, yəni 10 min manatın toplanmasına kömək olmağı xahiş edir:

“Biz həmişə çətin vəziyyətlərdən öz gücümüzlə çıxmışıq, fürsət olanda başqalarına kömək etməyə çalışırdıq. Amma indi sizdən özümüz kömək istəməliyik. İncinin görmə qabiliyyətini həmişəlik itirməsi fikri məni öldürür. Düşünürəm ki, hər bir valideyn məni başa düşər…”

Redaksiya olaraq biganə qalmayan hər kəsi İncinin probleminə laqeyd yanaşmamağa və bacardıqca kömək etməyə çağırırıq.

Arzu edənlər “Kapital Bank” kartına pul köçürməklə ailəyə hər cür köməklik göstərə bilərlər: 4169 7388 9075 1716.

Qızın valideynləri ilə 055 807 73 12 nömrəsinə zəng edərək əlaqə saxlamaq olar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir