Cəmiyyət

68 yaşlı qadının imtina etmək istədiyi 14 yaşlı qızla bağlı YENİ DETALLAR

Sharing is caring!


Bir neçə gün əvvəl Bakıda 68 yaşlı qadının qeyri-rəsmi övladlığa götürdüyü qızından imtina etməsi məlumatları ilə bağlı yeni detallar üzə çıxıb.

Oxu.Az xəbər verir ki, 14 yaşlı qız 68 yaşlı qadının qəyyumluğunda olub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda müvafiq rayon icra hakimiyyəti tərəfindən qeyd edilən qızın mənafeyinə uyğun hüquqi prosedurlar həyata keçirilir:

“14 yaşlı qıza qəyyumluq edən şəxsin qəyyumluğunun ləğv edildiyi və onun sosial müəssisəyə yerləşdirilməsi üçün Sosial Xidmətlər Agentliyinə rəsmi müraciət daxil olduğu halda aidiyyəti üzrə tədbir görüləcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında Bakıda 68 yaşlı qadının qeyri-rəsmi övladlığa götürdüyü qızdan imtina etməsi barədə məlumat yayıb. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir