Cəmiyyət

Türkiyədə təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsinə aydınlıq gətirilib

Sharing is caring!

Elm və təhsil naziri Emin Əmrullayev Türkiyədə zəlzələ bölgəsində təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi məsələsinə aydınlıq gətirib.

Nazir APA-nın sualına cavabında deyib ki, bu məsələ Ukraynada müharibə başlayanda da gündəmə gəlmişdi.

Nazir qeyd edib ki, Azərbaycanda ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi qaydası var.

“Bu, subyektiv rəy əsasında, kiminsə fikri ilə tənzimlənmir. Köçürülmə də həmin qaydalara əsasən tənzimlənir. Müvafiq qaydalara görə, tələbə müraciət edirsə, onların meyarları uyğun gəlirsə, belə tələbələri köçürürük. Yəni buradakı imtahanda topladığı balla arzu etdiyi ixtisas uyğundursa, oraya SAT, IELTS və digər müxtəlif qiymətləndirmə vasitələri ilə qəbul olunubsa, təhsil aldığı universitetin orta göstəricisi yüksəkdirsə, təbii ki, biz hər zaman Azərbaycan vətəndaşlarının ölkəyə geri qayıtmasına normal baxmışıq. Amma əgər tələbə attestatla qəbul olunubsa, burada keçid balını yığmayıbsa, yəni meyara uyğun deyilsə, bu halda biz köçürməni həyata keçirmirik”, – nazir vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir