Cəmiyyət

Muğanlı-İsmayıllı-Qəbələ yoluna dair növbəti ictimai dinləmələr keçirilib – FOTO

Sharing is caring!


Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda yaşıllıq zonasına düşən və götürülməsinə zərurət yaranan ağacların əvəzinə götürüləndən daha çox ağac əkiləcək.

Oxu.Az xəbər verir ki, bunu Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə bağlı növbəti ictimai dinləmədə “Gidrotransproyekt” Elmi-tədqiqat mərkəzinin direktoru, “Evroskom” ASC-nin sədr müavini Natiq Əliyev deyib. O bildirib ki, yolun genişləndirilməsi zamanı yaşıllıq zonada olan ağaclar sayılıb  və onlardan köçürülə bilməyənlərin kompensasiya edilməsi üçün birmənalı olaraq daha çox ağac əkilməsi nəzərdə tutulub:

“Tikinti aparılan sahədə köçürülməsi mümkün olmayan  ağaclar götürülüb, yerinə daha çox ağac əkiləcək. Meşə fonduna aid olmayan diametri kiçik olan ağaclar isə yeni ərazilərə köçürülürlər. Buna görə qərara alınıb ki, köçürülə bilməyən ağacların əvəzinə ən azı iki dəfə daha çox ağac əkilsin”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir