Cəmiyyət

Ucarda avtomobil yanıb

Sharing is caring!


Ucarda “Azsamand” markalı avtomobil yanıb.

”Report” xəbər verir ki, hadisə rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon sakini Kərimov Kamil Kamran oğlu 31-BF-640 dövlət nömrə nişanlı “Azsamand” markalı avtomobillə hərəkətdə olarkən avtomobil yanmağa başlayıb.

Hadisə yerinə Kürdəmir və Ucar rayonlarının yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğına səbəb kimi avtomobilin elektrik naqillərində baş verən qısaqapanma göstərilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir