Cəmiyyət

Bərdədə narkotik satan qardaşlar saxlanıldılar

Sharing is caring!


Bərdədə narkotik vasitələrinin satışı ilə məşğul olan qardaşlar saxlanıblar.

APA-nın xəbərinə görə, Bərdə polisinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 4 nəfər saxlanılıb.

Rayon sakinləri Məmmədov Pərviz və onun qardaşı Məmmədov Vüsal Zakir oğlu həmyerliləri Talıbov Sərdar Yapon oğlu, Bəbirov Pərviz Novruz oğlu saxlanılıblar. Saxlanılan şəxslərə baxış zamanı üzərlərindən hüquq-mühafizə əməkdaşları külli miqdarda narkotik vasitələri aşkarlayıblar. Əməliyyat-axtarış tədbirləri davam etdirilir və hər 4 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir