Şou-Biznes

Möhtəşəm “Victoria’s Secret” şousu GERİ QAYIDIR

Sharing is caring!

Məşhur "Victoria's Secret" şousu dörd illik fasilədən sonra geri dönür.

Lent.az xəbər verir ki, bu barədə "Retail Dive" məlumat yayıb. 

Bildirilir ki, 2019-cu ildə tənqid və gəlirlərin azalması səbəbindən ləğv edilən şou möhtəşəm nümayişlərə hazırlaşır. 

Bundan başqa, seksual, gözəl "mələk" modellərin yeniləri ilə əvəz olunacağı gözlənilir. Belə ki, onların arasında amerikalı futbolçu və LGBT fəalı Meqan Rapino, Paloma Elsesser, ABŞ-ın böyük ölçülü modeli Valentina Sampaio, məşhur aktrisa Priyanka Chopra, stilist Qu Aileen, fotoqraf Amanda de Kadenet və model Adut Akech var.

Onu da qeyd edək ki, ictimaiyyətə şounun yeni formatı barədə hələlik geniş məlumat verilməyib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir