İdman

Messinin “Əl-Hilal”a transferi üçün yeganə şərt bəlli oldu

Sharing is caring!


PSJ-nin argentinalı hücumçusu Lionel Messinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transferi üçün yeganə şərt bəlli olub.

Bu barədə TN-nin müxbiri Pablo Qravellone “Twitter”də yazıb.

Jurnalistin fikrincə, hücumçu yalnız “Barselona”ya transfer oluna bilməyəcəyi təqdirdə “Əl-Hilal”a keçəcək.

“TyC Sports”un müxbiri Qaston Edoul isə əlavə edib ki, Messi hələ Səudiyyə klubunun təklifini qəbul etməyib və gələcək planları ilə bağlı 2022/2023 mövsümü başa çatdıqdan sonra qərar vermək niyyətindədir.

Xatırladaq ki, daha əvvəl “Əl-Hilal”ın argentinalıya ildə 400 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.

Qeyd edək ki Messi 2021-ci ilin avqustunda PSJ ilə müqavilə imzalayıb. Müqavilənin müddəti 2023-cü ilin iyun ayına qədərdir. Bundan öncə isə hücumçu karyerası boyu “Barselona”da çıxış edib və bu komandada on dəfə İspaniya çempionu, dörd dəfə Çempionlar Liqasının qalibi olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir