Cəmiyyət

Bakıda şosedə piyadanı avtomobil vurub

Sharing is caring!


Bakının Yasamal rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakı Kənar Dairəvi yolunda qeydə alınıb.

Belə ki, sürət həddi saatda 110 km olan şosedə 1963-cü il təvəllüdlü İsfəndiyar Məhərrəm oğlu Mehdiyev piyada keçidindən istifadə etməyərək əks tərəfə keçmək istəyib. Həmin vaxt onu yolu keçən minik avtomobili vurub. Piyada ağır bədən xəsarətləri alıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir