Dünya

Rusiyanın Ermənistanda dövlət çevrilişi hazırlaması ilə bağlı iddialara Moskvadan REAKSİYA – AUDİO

Sharing is caring!


Ermənistan hökumətinə yaxın “Telegram” kanalları Rusiyanın İrəvanda dövlət çevrilişi hazırlaması barədə məlumat yayıblar. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin NEWS.ru ilə söhbətində bu şayiələri cəfəngiyyat adlandırıb.

Onun sözlərinə görə, bu cür açıqlamalar verməzdən və ittihamlar irəli sürməzdən əvvəl məlumatı təsdiq edəcək real faktları təqdim etmək lazımdır.

“Belə şeyləri ifadə etmək üçün rəqəmlər, faktlar təqdim etmək lazımdır. Hansısa virtual sxemlər ortaya atıb bütün dünyaya bu barədə hayqırmaq isə elə də ağıllı olmayan, daha doğrusu, axmaq siyasətçilərin işidir. Bu cür bəyanatlar Rusiyaya qarşı düşmənçilik yaratmaq üçün yayılır”, – deyə politoloq bildirib.

Karasin vurğulayıb ki, belə iddialar vəziyyəti qarışdırmaq və bu yolla məqsədlərinə çatmaq istəyənlər üçün lazımdır.

Bundan əvvəl Ermənistanın hökumətyönlü resurslarından biri Kremlin Ermənistanda dövlət çevrilişi hazırladığına dair xəbər yayıb. Telekanalın məlumatına görə, Yevgeni Priqojinin ölümü zamanı respublikada “Vaqner” özəl hərbi şirkətinin üç minə yaxın döyüşçüsü olub, onların məqsədi Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq imiş. Müəlliflər hesab edirlər ki, Moskva çevriliş ssenarisinə razılıq verib və səbir kasasını daşıran son damla Ermənistan-ABŞ birgə təlimləri haqqında məlumat olub.

Ancaq bu məlumatda vaxt baxımından uyğunsuzluqlar var: Yevgeni Priqojin avqustun 23-də ölüb, Ermənistanla ABŞ arasında birgə təlimlər barədə məlumat isə sentyabrın 6-da açıqlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir