İdman

Mahir Emreli karyerasını Türkiyədə davam etdirəcək

Sharing is caring!

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Mahir Emreli Türkiyə Super Liqasında oynayacaq.

“Report”un əldə etdiyi məlumata görə, 26 yaşlı hücumçu sabah Konya şəhərinə yollanacaq.

Emreli icarə əsasında “Konyaspor”un formasını geyinəcək. Onun ilkin müqaviləsi mövsümün sonunadək nəzərdə tutulacaq.

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevralında keçdiyi “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir