Cəmiyyət

Lerikdə elektrik cərəyanı bir ailənin dörd üzvünü vuraraq öldürdü – TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Sharing is caring!


Lerikdə 4 nəfərin ölümü ilə nəticələnən faciənin səbəbi məlum olub.

“Report”un Cənub bürosunun məlumatına görə, Tikəband kənd sakini, 1941-ci il təvəllüdlü Sərnaz Tahirova həyətdəki hovuza yaxınlaşaraq su nasosunu işə salmaq istəyib. Lakin nasosun nasazlığı səbəbindən suya elektrik cərəyanının ötürülməsindən xəbərsiz olub.

Elektrik xəttini qoşan qadını cərəyan vurub və hovuza yıxılıb. Motorun suya cərəyan ötürməsindən xəbərsiz olan ailə üzvləri yaşlı qadını sudan çıxarmağa cəhd ediblər. Faciə də bu zaman baş verib. Ailənin daha 3 üzvü də cərəyan keçiriciliyi sayəsində həyatlarını itirib.

14:24

Lerikdə elektrik cərəyanı vurması nəticəsində ölən ailə üzvlərinin şəxsiyyəti müəyyən edilib.

Bu barədə Lerik rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 1941-ci Il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B (azyaşlının ad və soyadı şərtidir) vəfat edib.

14:06

Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lerik rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir