Siyasət

Əliyevin iradəsi Vardanyanı “sındırdı”, baş separatçı Qarabağdan qaçdı – ŞƏRH

Sharing is caring!

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə çirkli niyyətlə gələrək özünü “dövlət naziri” elan edən Ruben Vardanyan Qarabağdan qaçıb.

Ehtimal edilir ki, o, Rusiya sülhməramlılarına məxsus olan yük avtomobilinin baqajında Rusiya hərbçilərinin utilizasiya üçün nəzərdə tutulmuş çirkli paltarlarının arasında gizlənərək Ermənistana aparılıb. Oradan, deyəsən, biryolluq Moskvaya gedib – hər halda informasiya axını Vardanyanın geri qayıtmaq niyyətində olmadığı üzərində qurulub.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ruben Vardanyan layihəsinin çirkli məqsədlərə xidmət etdiyini göstərib. Qeyri-leqal yollarla varlanan milyarderin Qarabağda peyda olması Azərbaycanın nüfuzlu ermənilərlə təmas qurmaq qabiliyyətini zədələmək məqsədi daşıyırdı.

Qarabağdakı qızıl yataqlarının qanunsuz istismarı ilə müşayiət edilən bu plan Azərbaycan üçün təhdid xarakterində idi.

Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev Vardanyanın Azərbaycan ərazilərindən çıxıb getməsində qətiyyət və iradə nümayiş etdirirdi.

Vardanyanın Moskvaya gedişi barədə məlumatlar həqiqəti əks etdirirsə (buna şübhə etməyə əsas azdır), deyə bilərik ki, Azərbaycan və Rusiya Vardanyanla bağlı mübahisəni qapadıblar.

Lakin Moskvanın bundan sonrakı planları üçün kimləri ortaya atacağı bəlli deyil, bu risk qaldığına görə Bakı Kremllə danışıqları davam etdirəcək.

Bundan sonra Azərbaycan faydalı yataqların qeyri-qanuni istismarına qarşı hərəkətini “post-Vardanyan dövrü” üzərində quracaq.

Üstəgəl, Bakının Qarabağdakı ermənilərlə təmasındakı maneə aradan qalxmış kimi görünür.

Prezident İlham Əliyevin tezisi isə yenə gündəmdə qalacaq: “Kim istəyirsə, Azərbaycan bayrağı altında Qarabağda yaşaya bilər. İstəməyənlər üçün qapı hər zaman açıqdır”.

Əgər Qarabağdakı ermənilər Moskva ilə Bakı arasında ikili oyun oynamağa davam etsələr və Ermənistan bundan istifadə etsə, Azərbaycanın cavabından barıt qoxusu gələcək.

İstənilən halda, Vardanyanın qaçışı 10 Noyabr Bəyanatının müddəalarının reallaşmasını sürətləndirə biləcək tezisləri inkişaf etdirəcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir