Cəmiyyət

Efirdə bacısı ilə Elza arasında mübahisə – VİDEO

Sharing is caring!


Əməkdar artist Elza Seyidcahanla bacısı Lalə Seyidcahan arasında canlı yayımda mübahisə düşüb. 

Axsam.az xəbər verir ki, Elza “Elgizlə izlə” verilişində olarkən aparıcı Elgiz Əkbər Laləni telefonla canlı yayıma qoşub. O, Laləni Elza barədə verdiyi qalmaqallı açıqlamaya görə tənqid edib.  

L.Seyidcahan onun sözlərinə – “Elza məni sevsin. Niyə onu sevməyim, atamın, anamın qızıdır. O, bizi unudub. Hətta elə bilirdim bu dünyada yoxdur. Ondan soruşun görün, rəfiqələri icazə verir məni salamlamağa?”, – cavabını verib. 

Müğənni isə bacısı ilə efirdə mübahisə etmək istəmədiyini deyib. Elza Elgizin – “Bacınla barışmaq istəyirsən?”, – sualına: “Həyatımla, bu hadisələrlə barışmışam”, – deyə reaksiya verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir