Siyasət

Şuşa-Laçın yolunda davam edən etiraz aksiyası Bolqarıstan mətbuatında işıqlandırıldı – FOTO

Sharing is caring!

Bolqarıstanın bir sıra aparıcı mətbuat orqanları və xəbər portallarında Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ermənilər tərəfindən Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı ilə bağlı Şuşa-Laçın yolunda davam edən etiraz aksiyasına dair geniş məlumatlar yayılıblar.

Bu barədə Azərbaycanın Bolqarıstan Respublikasındakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, yayılan məlumatlarda Şuşa-Laçın yolunda baş verən etiraz aksiyasının Azərbaycanın ərazilərində aparılan qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsi olduğu qeyd olunub.

Məlumatlarda etiraz aksiyasına gətirən səbəblərin qısa tarixçəsi barədə məlumat verilərək dekabr ayının əvvəlində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı və bundan irəli gələn ekoloji fəsadlarla bağlı bu yataqlarda monitorinqin aparılması məqsədilə sülhməramlı kontingentin komandanlığı ilə əldə olunmuş razılığa baxmayaraq, 10 dekabr tarixində sözügedən ərazilərə Azərbaycan nümayəndələrinin səfərinə maneçilik törədildiyi diqqətə çatdırılıb.

Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd Laçın yolundan hərbi məqsədlər, minaların ötürülməsi və diversant qrupların göndərilməsi üçün sui-istifadə edilməsi diqqətə çatdırılmışdır. 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 276 vətəndaşımızın mina partlayışından zərər çəkdiyi, həlak olan 46 nəfərdən 35 nəfərin mülki şəxs olduğunu vurğulanıb.

Təbii sərvətlərin qeyri-qanuni istismarı, Azərbaycanın milli qanunvericiliyi və müvafiq beynəlxalq sənədlərə əsasən yolverilməz olmaqla yanaşı, ətraf mühitlə bağlı müvafiq standartlara tamamilə məhəl qoyulmadan həyata keçirildiyi və bununla  ekoloji sistemə ciddi və bərpa olunmaz ziyan vurulduğu da bolqar oxucuların diqqətinə çatdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir