Cəmiyyət

Bakıda narkoloji dispanserdə 44 yaşlı kişi bıçaqlanıb

Sharing is caring!


Bakıda 44 yaşlı kişi bıçaqlanıb.

“Report”un xəbərinə görə, hadisə aprelin 18-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserin mətbəx otağında qeydə alınıb.

Belə ki, orada nahar edərkən, məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü Seymur Bəxtiyar oğlu Əzizov heç bir əsaslı səbəb olmadan 1979-cu il təvəllüdlü Əziz Fərzulla oğlu Məhərrəmova arxa tərəfdən yaxınlaşaraq qəflətən qarın, qol və ayaq nahiyələrindən bıçaq xəsarəti yetirib.

Faktla bağlı Sabunçu RPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir