İdman

Azərbaycan Kubokunda ikinci yarımfinal oyunu: “Neftçi” Tovuz səfərində – AFİŞA

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, ikinci matçda “Neftçi” “Turan Tovuz”un qonağı olacaq. Tovuz şəhər stadionunda keçiriləcək oyun saat 16:00-da başlayacaq.

Cavab görüşü aprelin 26-da gerçəkləşəcək.

Qeyd edək ki, ilk yarımfinal matçında “Qəbələ” evdə “Səbail”i 3:2 hesabı ilə məğlub edib.

Azərbaycan Kuboku

Yarımfinal, ilk oyun

19 aprel

16:00. “Turan Tovuz” – “Neftçi”

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Vüsal Məmmədov, Tural Qurbanov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Tovuz şəhər stadionu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir