Cəmiyyət

Qəbələdə benzindaşıyan maşın körpüdən aşıb: Ölən var – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!


Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində qəzaya düşmüş yük avtomobilinin sürücüsünün cəsədinin çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hərəkətə keçiblər. 

Bu barədə FHN məlumat yayıb.

Nazirliyin qüvvələri tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə etməklə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünün meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülür.

15:15

Qəbələdə çoxtonnajlı benzindaşıyan avtomobil körpüdən aşıb.

APA xəbər verir ki, hadisə nəticəsində Naxçıvan Muxtar Respublikası Şahbuz rayon sakini, 1960-cı il təvəllüdlü sürücü hadisə yerində dünyasını dəyişib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin şimal-qərb regional idarəsinin nümayəndəsi və polis əməkdaşları hadisə yerindədirlər. Hadisəyə sürücünün qəfil ürəktutmasından dünyasını dəyişməsinin səbəb olduğu ehtimal edilir. Qəza zamanı iki sərnişin avtomobilinə də ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir