İdman

“Araz Naxçıvan”ın kapitanı: “Rəqib uda biləcəyimiz komandadır”

Sharing is caring!

“Ancaq qələbə qazanmaq haqqında düşünürük. Bunu bacaracağımıza inanıram”.

“Report”un məlumatına görə, bunu “Araz Naxçıvan”ın futzalçısı Fərid Ələkbərov İsveçrə “Orebro”suna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin I tur oyunu ilə bağlı danışarkən deyib.

Oyunçu qalib gələcəklərinə inandığını bildirib:

“Kapitan kimi ilk beynəlxalq rəsmi oyunumdur. Yaxşı kollektivimiz var. Son məşqimizi də keçirdik. Artıq matçın başlamasını gözləyirik. Rəqibin matçlarını izləmişik. Uda biləcəyimiz komandadır. Təbii ki, bunun üçün “Araz-Naxçıvan” öz oyununu oynamalıdır. Arxayınlaşmaq olmaz”.

Ələkbərov hər şeyin qaydasında olduğunu söyləyib:

“4 futzalçımız zədəli idi, onlardan 3-ü – Ramiz Çovdarov, Katatau və Sinese bizə kömək edə biləcək. Atmosfer də yaxşıdır. Baş məşqçinin dediyini düzgün yerinə yetirə bilsək, yekun da istədiyimiz kimi olacaq. Joze Alesio Da Silva bizdən oyun intizamını qorumağı və məşq prosesində taktiki planda etdiklərimizin icrasını istəyir. Məşqdə dediklərinin 80 faizini oyunda yerinə yetirməyimizi istəyir. Biz hətta onun istədiklərinin 50 faizini belə icra edə bilsək, kifayət edəcək”.

Qeyd edək ki, bu gün Bosniya və Herseqovinanın Mostar şəhərində oynanılacaq “Araz Naxçıvan” – “Orebro” görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir