Cəmiyyət

Bakıda istilik borusunda sızma, su küçəyə axır – FOTO/VİDEO

Sharing is caring!


Bakı şəhər Xətai rayonunda, “Elektrotok” deyilən ərazidə əhalini istiliklə təmin edən boru partlayıb.

Bununla bağlı “Qafqazinfo”ya həmin ünvanda yaşayan sakinlər müraciət ediblər.

Onların iddialarına görə, borunun işıq naqillərinin üzərindən keçən hissəsində partlayış olub. Sözügedən ünvanda çəkilmiş videodan da görünür ki, su naqillərin arası ilə küçəyə axır, nəticədə təhlükəli vəziyyət yaranır. Artıq avtomobillərin hərəkət etdiyi küçədə su gölməçələri də yaranıb.

Problemlə bağlı “Azəristiliktəchizat” ASC-yə müraciət etdik. Qurumdan sorğuya cavab olaraq bildirildi ki, payız-qış mövsümünün yekunlaşması ilə əlaqədar ASC hidravlik sınaq işlərinə başlayıb. Boru yaxın saatlarda təmir olunacaq:

“Payız-qış mövsümü bu gün yekunlaşdı və istiliyin verilməsi başa çatdı. Dərhal təlimata uyğun olaraq, balansımızda olan bütün istilik xətlərində hidravlik sınaq işlərinə başlanılıb. Sınaq işləri hansısa problemi olan boruların aşkarlanması üçün aparılır. Bu, boru partlayışı deyil, sızmadır. Sınaq bu gün axşam bitəcək və həmin borunun təmirinə başlanılacaq. Bildiririk ki, istiliyin verilməsi dayandırılıb, yaxın saatlarda borudakı axıntı da aradan qaldırılacaq”. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir