Cəmiyyət

7 yaşlı Zeynəb qərib ölkədə çarəsiz qalıb: “Gücü tükənib” – FOTO/VİDEO

Sharing is caring!


Bədəninin bütün hissələri yanan 7 yaşlı çarəsiz qız qərib ölkədə yardımsevər insanlardan dəstək gözləyir.

Bu barədə Oxu.Az-a onun anası Hacıyeva Könül məlumat verib.

O bildirib ki, ehtiyatsızlıq səbəbi ilə üzündən başqa bütün bədəni yanan 2016-cı il təvəllüdlü övladı Zeynəb Şahmar qızı Ağahüseynova Bakıda bir dəfə əməliyyat edilib:

“Hadisə iyulun 7-də baş verib. Həmin vaxt qızım və ondan yaşca balaca oğlum evdə tək idilər. Mən qonşuluqda yas mərasiminə baş çəkməyə getmişdim. Həmin vaxt qızım evdəki alışqanla oynamağa başlayıb. Qəfil saçı alovlanıb və qısa müddətdə paltarına keçib. Oğlum yaxınlığımızda yaşayan bacıma xəbər versə də, artıq o gələnə qədər iş-işdən keçib. Ona dəriköçürmə əməliyyatı edilsə də, bəzi nahiyələrində tutmamışdı. Yardımsevər insanların dəstəyi ilə əməliyyata lazım olan məbləğ toplandı və Zeynəb özəl klinikada əməliyyat edildi.

O, əməliyyatdan əvvəl, ümumiyyətlə, yeriyə bilmirdi. Əməliyyatdan sonra axsayaraq da olsa, özü yeriməyi bacarır. İndi biz Rusiyada müalicə alırıq. Lakin əlimizdəki pul tamamilə bitib. Belə getsə, küçədə qalacağıq. Pulu ödəyə bilməsək, bizi xəstəxanadan çıxara bilərlər. Qızım isə artıq səhəri belə ümidlə gözləmir. Arzuları məhv olub. Özü ilə bağlı heç bir xəyalı yoxdur. Günü-gündən zəifləyir, depressiyaya düşür. Bir valideyn kimi Zeynəbi bu vəziyyətdə görmək məni məhv edib. Qərib ölkədə kimsəsiz qalmışıq. Bakıda hər şeyimizi satıb bura gəldik. İndi qayıtmaq üçün bilet pulumuz belə yoxdur. Bir ana kimi yalvarıram qızımı bu vəziyyətdən xilas edin. Bizə ilkin mərhələni keçə bilməyimiz üçün 3000 manat lazımdır”.

Əlaqə nömrəsi: +7 (917) 516-13-00

WhatsApp üzərindən: 050 874 66 28

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir