Cəmiyyət

Hüseyn Cavid adına məktəbin direktoru: “Hərə bir dildə oxusa, Azərbaycan dilini kim qoruyacaq?”

Sharing is caring!


“Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyədəki uşaqlarımızın təhsili ilə bağlı bizə çox dəstəyi olub, indi də köməyini görürük. Nazirə təşəkkür edirəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlıların təhsil problemləri barədə tədbirdə çıxışı zamanı İstanbulda yerləşən Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədova deyib:

“Təhsil naziri ilə görüşə bilmirəm. Dərsliklərdə çox problemlər var, bunları deyə bilmirik.

Dilimizin qeydinə qalan millət deyilik. Çox kasıbdır. Zənginləşdirmək üçün cəhd etmirik. Türkiyədə azərbaycanlı ailələrin çoxu düşünür ki, uşaqlar Azərbaycan dilində təhsil alıb, heç nə edə bilməyəcəklər. Elə türk dilində oxutmağa çalışırlar. Buradakılar rusca oxumaq istəyirlər, oradakılar başqa dillərdə. Hərə bir dildə oxusa, Azərbaycan dilini kim qoruyacaq? Dəfələrlə məktəbimizi bağlamağa cəhd ediblər. Türklər də təəccüblənirlər ki, siz uşaqlara təhsil verməklə məşğulsunuz, sizdən nə istəyirlər? Türkiyədə bu prosesə mane olan öz azərbaycanlılarımızdır”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir