Siyasət

TÜRKSOY-a üzv ölkələrin nümayəndələri Şuşa qalası və Cıdır düzündə olublar – FOTO

Sharing is caring!


TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının iştirakçıları Şuşa şəhərindəki Qala divarlarına baxış keçiriblər.

“Report”un xəbərinə görə, qonaqlara şəhərin qədim tarixi barədə, işğal dövründə abidələrin vandalizmə məruz qalması haqqında ətraflı məlumat verilib.

Qonaqlar tarixi abidənin qarşısında birgə şəkil çəkdiriblər.

Daha sonra Cıdır düzünə hərəkət edən nümayəndə heyəti oradan əsrarəngiz mənzərəni seyr edib.

Qeyd edək ki, bu gün Şuşada TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi baş tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir