Cəmiyyət

Əməkdar artist: “Niyə kimisə tərifləmək üçün onun ölümünü gözləmək lazımdır?” – VİDEO

Sharing is caring!


“Sənin etdiyinin yüzdə birini etməyən adamları gətirib hansısa mərtəbəyə qoyurlar. Səni isə görməzdən gəlirlər”.

Bunu Baku TV-yə açıqlamasında Əməkdar artist Nicat Kazımov deyib.

O, sənət adamlarına vaxtında qiymət verilməməsindən gileylənib:

“Layiq olduqlarımızı vaxtında alsaq, daha yaxşı olar. Niyə kimisə tərifləmək üçün onun ölümünü gözləmək lazımdır?”.

Aktyor 50 illik yubileyi ilə bağlı veriliş hazırlanması təklifinə rədd cavabı verilməsindən də bəhs edib:

“Çalışdığım teatr bununla bağlı televiziyalardan birinə müraciət etmişdi. Aidiyyəti şəxs götürüb kağızı atıb qırağa ki, N.Kazımov kimdir ki, onun haqqında nəsə edək?!”.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir