İdman

Azərbaycanın futzal millisinin heyətində dəyişiklik edilib

Sharing is caring!


DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, Bakıdakı matçda (2:4) sarı vərəqə alaraq cəzalı duruma düşən Felipinyo səfərə aparılacaq heyətdən kənarlaşdırılıb.

Onun əvəzinə “Neftçi” İK-nın üzvü Əmir Şocayi komandaya dəvət olunub.

Qeyd edək ki, oktyabrın 11-də Astanada reallaşacaq Qazaxıstan – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir