Cəmiyyət

Bakıda avtomobil aşıb, xəsarət alan var – FOTO

Sharing is caring!


Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Abbasqulu Ağa Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin sürücüsü Abbasqulu Ağa Bakıxanov küçəsi ilə hərəkətdə olarkən yolayrıcında “Volkswagen” markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən “Volkswagen” aşıb və sürücüsü xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir