Cəmiyyət

Mart soyqırımının qurbanı olan Quba sakinləri – VİDEO

Sharing is caring!


Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarından biri də 1918-ci ildə Qubada baş verib. 

Erməni dəstələrinin hücumunun əsas məqsədi müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirmək olub. Qaniçən Hamazaspın ermənilərdən ibarət quldur dəstəsi qadın, uşaq demədən qarşılarına çıxan hər kəsi öldürüb, evlərə soxularaq ailələri qırıb, məscidlərə od vurub, yaşayış məntəqələrini darmadağın ediblər. 

Qırğınların baş verdiyi kəndlərdən biri də rayonun Alpan kəndi olub. Azərbaycanın ən qədim kəndlərindən olan Alpan 1918-ci ildə Quba rayonunda ermənilər tərəfindən ən çox hücuma məruz qalan yaşayış məntəqəsidir. 

Kənddə bütün evləri yandıran ermənilər təkcə dinc sakinləri qətlə yetirməyib, məqsədi Azərbaycanın tarixi izlərini silmək olan vandallar həm də  Alpanda olan tarixi qəbirləri dağıdıb, qəbiristanlıqdakı baş daşlarını belə gülləbaran edib,  XVI əsrə aid Subaba türbəsini də yandırıblar.

Hücuma məruz qalan kəndlərdən biri də Digah kəndi olub. Amma kənd ərazisindəki Qanlı dərədə 1918-ci ildə qubalılar və qusarlılar Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını almağı bacarıb, onları darmadağın ediblər.

1918-ci ilin mart hadisələri zamanı təkcə Quba qəzasının 167 kəndi tamamilə dağıdılıb. Bu kəndlər talanlara və yanğınlara məruz qalıb. Ermənilər azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələrini də amansızcasına qətlə yetiriblər.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir