Cəmiyyət

Hacıqabulda avtomobil yük maşınına çırpıldı: Ölən və yaralananlar var

Sharing is caring!

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

“Renault Megane” markalı avtomobil yol kənarında dayanan “Mercedes Ateko” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə minik avtomobilindəki sərnişin hadisə yerində ölüb.

Sürücü və digər sərnişin müxtəlif bədən xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir