Cəmiyyət

Şəhid Eşqin Hüseynov ilə vida mərasimi keçirilir – FOTO

Sharing is caring!

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu ilə Tovuz rayonunda vida mərasimi keçirilir.

Oxu.Az-ın məlumatına görə, yaşadığı evdə keçirilən vida mərasimində döyüş yoldaşları, ailə üzvləri, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhidimiz doğulduğu Tovuz rayonunun Hunanlar kəndinin qəbiristanlığında dəfn olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir